Operativ Məlumat Mərkəzi

FHN əhaliyə müraciət etdi - 31.12.2024

2 dəq
Paylaş:
FHN əhaliyə müraciət etdi - 31.12.2024
FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən...

FHN Yeni il ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Müraciətdə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar insanların şəkildə müxtəlif məkanlarda, o cümlədən və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər:

"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.

Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax