Əsas məzmuna keç

FHN əhaliyə müraciət etdi - 31.12.2024

FHN əhaliyə müraciət etdi - 31.12.2024

FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən...

Yeni il ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Müraciətdə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən və zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər:

"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.

Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir".

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 23 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 24 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 76 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…