Operativ Məlumat Mərkəzi

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

2 dəq
Paylaş:
FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti işğaldan azad ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, tərəfindən Laçın şəhərində “Həkəri Riverside” hotelində, Xankəndi şəhərində fəaliyyət göstərən “Xanabad” və “Xarı Bülbül Keytring” restoranlarında, “Rahat market” şəbəkəsinin filialında, inşaat işləri aparılan 4 nömrəli tam orta məktəbində, həmçinin Ağdam şəhərində tikintisi davam etdirilən 160 yerlik körpələr evi-uşaq bağçasında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi vurğulanıb. Həmçinin, ərazilərin təmiz saxlanılması, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə olmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib, suallar cavablandırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax