Operativ Məlumat Mərkəzi

FES Trampın siyasətləri səbəbindən inflyasiyanın mümkün sürətlənməsindən narahatdır

1 dəq
Paylaş:
FES Trampın siyasətləri səbəbindən inflyasiyanın mümkün sürətlənməsindən narahatdır

ABŞ Sisteminin rəhbərliyi ölkə prezidenti Trampın tarifləri və digər iqtisadi planlarının inflyasiyanın 2%-lik hədəfə qaytarılması istiqamətində irəliləyişi yavaşlada biləcəyindən narahatdırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) yanvar iclasının protokolunda deyilir.

Sənəddə deyilib ki, ölkədəki müəssisələr FES rəsmilərinə tariflərdən irəli gələn hər hansı daha yüksək xərcləri istehlakçılara ötürməyə çalışacaqlarını bildiriblər. Vurğulanıb ki, sistem prezidentin planlarının iqtisadiyyata təsirini qiymətləndirməkdə çəkir.

Belə ki, ticarət, immiqrasiya, fiskal və tənzimləmə siyasətlərində mümkün dəyişikliklərin həcmi, vaxtı və potensial iqtisadi təsiri ilə bağlı qeyri-müəyyənlik artır. Qurumun rəsmiləri hesab edir ki, dəyişən perspektivləri qiymətləndirmək üçün vaxt lazımdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax