Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 18.01.2025

2 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 18.01.2025

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olub, rayonlarda qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şamaxıda 2 mm, Şəki, , Şahdağ, Astarada 1 mm-dək olub. Qar örtüyünün hündürlüyü Qrız, Ordubadda 2 sm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib və küləyin sürəti Tovuz, Ceyrançöldə 20 m/s, Naftalan, Şəmkir, Gəncədə 18 m/s-dək güclənib.

Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Qax, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 5, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax