Əsas məzmuna keç

Faktiki hava açıqlanıb - 10.11.2024

Faktiki hava açıqlanıb - 10.11.2024

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, yağıntının Bakıda və yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…