Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlanıb - 11.06.2024

1 dəq
Paylaş:
Faktiki hava açıqlanıb - 11.06.2024

İyunun 11-i saat 11:00-a olan məlumata əsasən Azərbaycanda qeyri-sabit davam edib. Bəzi yerlərdə çaxıb, arabir xarakterli yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Gədəbəydə 10 mm, Şəmkirdə 8 mm, Şahdağda 4 mm, Şəkidə 3 mm, Qusar, Qrızda 2 mm, İsmayıllı, Daşkəsən, Tovuz, , Goranboy, Naftalan, Ağdam, Tərtər, Bakıda və yarımadasında 1 mm-dək olub.

Biləsuvar, Lerik, Qrızda duman müşahidə olunub.

Qərb küləyi arabir Göygöl, Daşkəsəndə 20 m/s, Astara, Lerikdə16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26-30, Naxçıvan MR-da 27-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 16-20 dərəcə isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax