Operativ Məlumat Mərkəzi

Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

2 dəq
Paylaş:
Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Fransadakı Eyfel qülləsi bu gün üçün bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Eyfel qülləsinin rəsmi səhifəsində yerləşdirilib.

“Ümummilli tətilə görə Eyfel qülləsi hazırda bağlıdır”, - məlumatda deyilir.

Qeyd edək ki, Fransada davam edən aksiyaları səbəbindən Luvr dünəndən fəaliyyətini dayandırıb.

Bu gün Fransada pensiya yaşının artırılmasına qarşı başladılan onuncu ümummilli etiraz aksiyası davam edir.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb.

Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarını dağıdan zaman Fransa polisi yüzlərlə insanı saxlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax