Əsas məzmuna keç

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuzun yaralanması ilə bağlı cinayət işi açılıb

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuzun yaralanması ilə bağlı cinayət işi açılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində...

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə işlər görülmüş və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allahdan hərbçimizə şəfa diləyirik.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…