Operativ Məlumat Mərkəzi

Ermənistanın ədliyyə naziri istefa verib

1 dəq
Paylaş:
Ermənistanın ədliyyə naziri istefa verib

Ermənistanın ədliyyə naziri istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, bu barədə Q.Minasyan özünün hesabında paylaşım edib.

Daha əvvəl məlumat yayılmışdı ki, hakim “Mülki müqavilə” fraksiyasında nazirin istefası ilə bağlı Nikol Paşinyana müraciət etmək üçün imza toplanmasına başlanılıb.

“Bu gün səlahiyyət müddətimə qarşı imza toplanmasına qoşulmaq qərarına gəldim", - nazir bildirib.

Onun sözlərinə görə, parlament idarəetmə sistemi şəraitində hətta bir deputatla problem yaşayarkən nazir vəzifəsini tutmaq çətindir. Ona qarşı isə 20-dən çox deputat çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax