Operativ Məlumat Mərkəzi

Ermənistanda general saxlanıldı - YENİLƏNİB

3 dəq
Paylaş:
Ermənistanda general saxlanıldı - YENİLƏNİB

Ermənistanda sabiq korpus komandiri general Qriqori Xaçaturov çirkli pulların yuyulmasında ittiham olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğu mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qriqori Xaçaturov və Ermənistanın sabiq Seyran Ohanyan eyni üzrə təqsirləndirilir.

Prokurorluq tərəfindən 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun saxlanmasının və açılmış cinayət işinin bəzi təfərrüatları açıqlanıb. Xaçaturov komandiri olduğu dövrdə (2006-2010-cu illərdə) vəzifə səlahiyyətlərindən sui-istifadə və daşınmaz əmlakın leqallaşdırılmasında (çirkli pulların yuyulması) ittiham olunur.

Sabiq komandirin cinayət işi hazırda Milli Xidmətinin İstintaq İdarəsində araşdırılır.

00:03 ***

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “168.am” məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi Xaçaturovun həbsi ilə bağlı məhkəmədə vəsadət qaldıracaq.

Nəşrin məlumatına görə, hərbçi bir neçə gün əvvəl Milli Assambleyada Ermənistanın baş prokuroru Anna Vardapetyanın keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının üzvü Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi ilə bağlı müraciətini müzakirə etdikdən sonra saxlanılıb.

Xatırladaq ki, 2021-ci ilin iyulunda Ermənistanın o zamankı prezidenti Armen Sarkisyan Qriqori Xaçaturovun Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, Qriqori Xaçaturovun atası Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının vəzifəsində işləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax