Əsas məzmuna keç

Aİ mülki missiyasının rəhbəri İrəvanda

Aİ mülki missiyasının rəhbəri İrəvanda

Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyat komandiri Stefano Tomat ilə görüşdə o, missiyanın regionda sabitlik və sülhü bərqərar edəcəyini deyib....

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin yeni mülki monitorinq missiyasını qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Armenian News"a istinadla xəbər verir ki, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin mülki əməliyyat komandiri Tomat ilə görüşdə o, missiyanın regionda sabitlik və sülhü bərqərar edəcəyini deyib.

Stefano Tomat, öz növbəsində, Aİ-nin mülki missiyasını dəstəklədiyinə görə erməni tərəfinə təşəkkür və Ermənistanda həyata keçirəcəkləri işləri təqdim edib.

Tərəflər gələcək əməkdaşlıqla bağlı digər məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, fevralın 20-də Avropa İttifaqı iki il müddətinə mülki missiyanın fəaliyyətinə başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…