Operativ Məlumat Mərkəzi

Ermənistan sərhəddə təxribat törədib, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

1 dəq
Paylaş:
Ermənistan sərhəddə təxribat törədib, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

silahlı qüvvələri bölmələrinin rayonunun Zod məntəqəsi istiqamətində mövqelərindən açılan atəş nəticəsində Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax