Operativ Məlumat Mərkəzi

Ərdoğan Yunanıstanda səfərdədir - YENİLƏNİB

2 dəq
Paylaş:
Ərdoğan Yunanıstanda səfərdədir - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın paytaxtı Afinaya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısında iştirak edəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan və Yunanıstanın Kiriakos Miçotakisin sədrliyi, əlaqədar nazirlərin iştirakı ilə Afinada Ali Şuranın toplantısı keçiriləcək.

Görüşlərdə iki ölkə arasında bütün istiqamətlərdə əlaqələr nəzərdən keçiriləcək. Türkiyə-Yunanıstan əməkdaşlığının inkişaf etdirilməsi perspektivi müzakirə olunacaq.

Türkiyə Prezidentini səfərdə naziri , xəzinə və maliyyə naziri Mehmet Şimşek, naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli Yaşar Gülər, ticarət naziri Ömər Bolat, informasiya və kommunikasiya naziri Abdulkadir Uraloğlu, Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin Baş müşaviri, səfir Akif Cağatay Kılıç müşayiət edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax