Operativ Məlumat Mərkəzi

Ərdoğan: Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür

1 dəq
Paylaş:
Ərdoğan: Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür

"30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların ( hakimiyyəti-qeyd) Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

Ərdoğan deyib ki, Qarabağda mülki insanlara qarşı həssaslıq nümayiş etdirilib.

"Azərbaycan ordusunun uğurları ilə fəxr edirik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara diləyirəm", - Türkiyə lideri qeyd edib.

O, həmçinin regional layihələrdən də danışıb:

"Ümid edirik ki, xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik. Türkiyə ilə dost olan qazanır, düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax