Operativ Məlumat Mərkəzi

Energetika Nazirliyi və tabeli qurumlara 4 mindən çox müraciət daxil olub

1 dəq
Paylaş:
Energetika Nazirliyi və tabeli qurumlara 4 mindən çox müraciət daxil olub

Bu ilin yanvar-iyun aylarında Energetika Nazirliyi və tabeli qurumlara 4 167 müraciəti daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Nazirliyə istinadən məlumata görə, müraciətlərin 3 357-si müvafiq qaydada icra edilib, 504-ü isə təşəkkür və digər məsələlərlə bağlı məlumat xarakterli olub, 306 müraciət isə icradadır.

əsasən enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində , elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 197 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax