Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev rektorlarla görüşüb

2 dəq
Paylaş:
Emin Əmrullayev rektorlarla görüşüb
görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər....

Elm və Təhsil Nazirliyində müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə elm və təhsil naziri , ali təhsil müəssisələrinin rektorları və nazirliyin struktur rəhbərləri iştirak ediblər.

Görüş zamanı ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi müzakirə olunub.

Ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin yeni strukturları ilə sıx əməkdaşlığının zəruriliyi vurğulanan görüşdə bu sahədə planlaşdırılan fəaliyyət istiqamətlərinə də toxunulub.

Emin Əmrullayev gənc alimlərin fəaliyyətləri, elmi nailiyyətlərinin təşviqi, yeni elmi və akademik məzmunun yaradılması, effektiv kommunikasiyanın vacibliyi və digər bu kimi məsələlərlə bağlı tapşırıqlar verib.

Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax