Operativ Məlumat Mərkəzi

Elnur Soltanov: “Azərbaycan “Yaşıl Enerji Dəhlizi” yaratmaqla məşğuldur”

2 dəq
Paylaş:
Elnur Soltanov: “Azərbaycan “Yaşıl Enerji Dəhlizi” yaratmaqla məşğuldur”

Hazırda Azərbaycanın “Cənub Qaz ”nə paralel “Yaşıl Enerji Dəhlizi” də yaratmaqla məşğuldur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji mənbələri nəhəngdir və Azərbaycanın bunu ixrac etmək üçün böyük potensialı var: “Bu gün ölkəmiz Gürcüstan, Rumıniya və Macarıstanla bu sahədə işləyir. Artıq tərəfi də bu yaşı enerji dəhlizinə qoşulmaq istəyini ifadə edib. Bir aydan azdan müddətdə Bolqarıstan da bu prosesə rəsmi şəkildə qoşulmuş olacaq”.

Nazir müavini vurğulayıb ki, bu, bir növ Azərbaycanın Avropa ilə eyni dildə danışdığını və Avropa ilə eyni maraqların ifadə etdiyinin göstəricisidir: “Əlbəttə ki, bu layihəni həyata keçirmək üçün milyardlarla dollar yatırıma ehtiyac var. Bunun üçün də bu layihədə Avropanın maliyyə qurumlarının iştirakı əhəmiyyətli olacaq”.

E. Soltanov bildirib ki, tərəfi bu gün Zəngəzur dəhlizində də Avropa İttifaqının marağının olduğunu vurğulamağa çalışır: “Zəngəzur dəhlizi bu dəfə yalnız karbohidrogenlərlə deyil, həmçinin “yaşıl enerji”nin Avropaya daşınması və Avropanın Azərbaycanda baş verən proseslərdən yararlanması üçün bir zəmin yaradılacaq. Bu zəminin də əsas şərtlərindən biri Azərbaycan və arasında qalıcı sülhün təmin olunması və Zəngəzur dəhlizinin açılmasıdır. Əminəm ki, nəticələr olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax