Operativ Məlumat Mərkəzi

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq

2 dəq
Paylaş:
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq

Azərbaycanda əlilliyi olan şəxslərə reabilitasiya vasitələri növlərinin sayı 57-dən 81-ə çatdırılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən () məlumat verilib.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə çərçivəsində Nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”nda və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb.

Təkliflərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə edilməklə və ÜST-nın təsnifatına uyğun qruplaşdırma aparılmaqla, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.

Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar, hopdurucu bez və mələfə, ayaq əyriliyi breketləri, fərdi həyəcan siqnalizasiya sistemləri, əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz və s. daxildir.

Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə Nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax