Əsas məzmuna keç

Əlcəzair Prezidenti başsağlığı verdi

Əlcəzair Prezidenti başsağlığı verdi

bu barədə Əlcəzair Mətbuat Xidməti bildirib. “Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması və...

Əlcəzair Prezidenti Əbdelmacid Tebbun Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və yaralananlarla bağlı İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əlcəzair bildirib.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında “ Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması və nəticədə həlak olanların və yaralananların olması xəbərini dərin kədər və hüznlə qarşıladım”, – Afrika ölkəsinin lideri qeyd edib.

“Dost Azərbaycan xalqının üzləşdiyi bu faciə ilə əlaqədar Əlcəzair xalqı və hökuməti adından, öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə səmimi başsağlığı verir, dərin hüznümü bildirir və yaralılara tezliklə şəfa diləyirəm”, – ölkə başçısı əlavə edib.

Azərbaycan Prezidentinə “Əlcəzairin bu çətin məqamda ölkəsi ilə həmrəy olduğunu” bildirən Tebbun “Azərbaycan xalqının bu ağrılı sınaqdan çıxa biləcəyinə əmin olduğunu” ifadə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…