Əsas məzmuna keç

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artdı

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artdı

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS), yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal...

Əfqanıstanın şərqində 2 mindən çox insanın həyatını itirdiyi zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə yeni bir zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Mərkəzi (), yerli vaxtla saat 20:30 radələrində baş verən 5,6 bal gücündəki zəlzələnin episentrinin Nangarhar vilayətinin mərkəzi şəhəri Cəlalabadın 14 şərqində yerləşdiyini bildirib.

Zəlzələnin dərinliyi 10 kilometr olaraq müəyyən edilib, lakin dağıntı və itkilərlə bağlı hələlik verilməyib.

Qeyd edək ki, 31 avqust Bazar gecəsi ölkənin şərqində, Pakistan sərhədinə yaxın bölgədə baş verən 6 bal gücündəki zəlzələdən ən çox təsirlənən vilayət Kunar olmuşdu. Hadisə nəticəsində indiyədək 2.205 nəfərin həyatını itirdiyi, 3.640 nəfərin isə yaralandığı açıqlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…