Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DYP sürücülərə nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etməyi məsləhət görüb

2 dəq
Paylaş:
DYP sürücülərə nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etməyi məsləhət görüb

Baş Dövlət İdarəsi (BDYPİ) ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax