Operativ Məlumat Mərkəzi

DYP sürücülərə müraciət edib - 27.04.2023

2 dəq
Paylaş:
DYP sürücülərə müraciət edib - 27.04.2023

DİN-in Baş Dövlət İdarəsi “2023 Formula-1 Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" daxil olan müraciətdə deyilir:

“Sabah başlayacaq “2023 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında təhlükəsizliyinin təmin edilməsi və sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız vasitələri ilə hərəkət etmələri xahiş olunur”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax