Operativ Məlumat Mərkəzi

DYP: Sabunçu və Qaradağdakı texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək

1 dəq
Paylaş:
DYP: Sabunçu və Qaradağdakı texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək

Sabunçu və Qaradağdakı texniki müayinə mərkəzləri bayram günlərində işləyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, avtomobillərin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində texniki müayinə mərkəzləri 24 saat, nəqliyyat vasitələri ilə bağlı hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə isə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- idarəsi, eləcə də regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax