Operativ Məlumat Mərkəzi

DYP motosiklet və moped sürücülərinə müraciət edib

2 dəq
Paylaş:
DYP motosiklet və moped sürücülərinə müraciət edib

DİN-in Baş Dövlət İdarəsi və moped sürücülərinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"Sayı sürətlə artmaqda olan moped və motosiklet sürücüləri tərəfindən qaydalarının pozulması nəticəsində baş verən yol- hadisələri, təəssüf ki, tez-tez insan itkisi ilə nəticələnir. Cari ilin 9 ayı ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 32 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər həyatını itirmiş, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir".

Müraciətdə deyilir ki, motosiklet və moped sürücülərinin nəzərinə çatdırılıb ki, bəzi sürücülər yollarda qaydalarına əməl etmədən, təhlükəli manevrlər edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar: "Təəssüf ki, belə halların çoxunda nəticə peşmançılıq və itki ilə bitir, lakin bu artıq heç bir fayda vermir. Belə məsuliyyətsiz davranışlar həm də digər hərəkət iştirakçılarında motosiklet və moped sürücüləri haqqında mənfi rəy formalaşdırır", -müraciətdə qeyd edilib.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax