Əsas məzmuna keç

DYP həftəsonu səfərə çıxanlara müraciət edib

DYP həftəsonu səfərə çıxanlara müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə,...

DİN-in Baş Dövlət İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətdə deyilir:

"Hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol , sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir.

Hər bir iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə !"

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…