Operativ Məlumat Mərkəzi

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib - 03.06.2025

2 dəq
Paylaş:
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib - 03.06.2025

DİN-in Baş Dövlət İdarəsi əlverişsiz ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. vasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməli, yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax