Operativ Məlumat Mərkəzi

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib - 17.07.2023

2 dəq
Paylaş:
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib - 17.07.2023

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət İdarəsi (BDYPİ) mövcud ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İdarədən bildirilib.

BDYPİ qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı , yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, vasitələrinin texniki sazlığından olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax