Operativ Məlumat Mərkəzi

DYP sürücülərə müraciət edib - 04.05.2024

2 dəq
Paylaş:
DYP sürücülərə müraciət edib - 04.05.2024

Atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə Baş Dövlət İdarəsinin sürücülərə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə deyilir:

"Müasir dövrdə ekoloji qlobal problemlərdən biri kimi aktual olaraq qalır.

Atmosferin çirklənməsində şübhəsiz ki, vasitələrinin sayının gündən günə artmasının böyük təsiri var. Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.
Dünyada eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri ilə işləyən vasitələri atmosferi başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.

Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməyə çağırır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax