Operativ Məlumat Mərkəzi

Dumanlı hava şəraiti davam edəcək

2 dəq
Paylaş:
Dumanlı hava şəraiti davam edəcək

Hazırda Bakıda və yarımadasında dumanlı müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində yerüstü hava qatında duman gəlib".

R. Verdiyev qeyd edib ki, , Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

"Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək".

Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax