Operativ Məlumat Mərkəzi

Azərbaycan-İran sərhədində atışma olub

2 dəq
Paylaş:
Azərbaycan-İran sərhədində atışma olub

Dövlət sərhədini pozan mütəşəkkil cinayətkar dəstənin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, aprelin 8-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İrandan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” qanunun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçmağa nail olub.

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram marixuana aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə zəruri -istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax