Operativ Məlumat Mərkəzi

Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

1 dəq
Paylaş:
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, , texnika və digər hərbi məhsulların həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax