Əsas məzmuna keç

Dövlət Komitəsində cari il üçün iş planı təsdiqlənib

Dövlət Komitəsində cari il üçün iş planı təsdiqlənib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, cari il üçün iş planı təsdiqlənib və müzakirə olunan...

Qaçqınların və Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, cari il üçün iş planı təsdiqlənib və müzakirə olunan üzrə qəbul edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə komitədən məlumat verilib.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə, icma əsaslı reinteqrasiya tədbirlərinin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, regional idarəetmə və məcburi köçkünlərin status sənədləri, mövcud mənzil fondunun istismarı və istifadəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının səmərəli təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…