Operativ Məlumat Mərkəzi

Dördüncü "Yüksəliş" müsabiqəsinin finalçıları bəlli olub

2 dəq
Paylaş:
Dördüncü "Yüksəliş" müsabiqəsinin finalçıları bəlli olub

Dördüncü "" müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, mərhələ 5-7 iyulda baş tutub.

Bu mərhələdə iştirak edən 315 namizəddən 118-i finala vəsiqə qazanıb.

Bakıdan 74, regionlardan isə 44 nəfər final mərhələsinə keçib.

Finalçılar arasında , özəl və dövlət şirkətlərində, həmçinin QHT-lərdə çalışan namizədlər yer alır.

Müsabiqənin son mərhələsi olan finalda iki gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

İştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriləcəklər.

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi 19-21 iyul tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq.

“Yüksəliş” müsabiqəsi Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax