Operativ Məlumat Mərkəzi

Diqqətlər BMT-də - Yeni Dünyanın Konvensiyası hazırlanır

2 dəq
Paylaş:
Diqqətlər BMT-də - Yeni Dünyanın Konvensiyası hazırlanır

Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ümumi cinayətkarlıqda kibercibayətlərin payının artması və digər cinayətlərin də bu və ya digər formada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı yeni Konvensiya ictimai münasibətləri geniş sferada əhatə edəcəkdir.

BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Respublikasının da fəal iştirak etdiyi və 3 ildir davam edən bu prosesin son sessiyasında (29 iyul - 09 avqust) bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda yaranıb.

Belə ki, yekun iclasda ölkələrin nümayəndə heyətləri tərəfindən Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum sayı, texniki yardım üzrə və digər mövzular barədə məsələlərə dair, hətta beynəlxalq müqavilənin yekun adı ilə bağlı kəskin ziddiyyətli mövqelər irəli sürülməkdədir.

Yekun Konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya olunarsa müasir dövrün və rəqəmsallaşan dünyanın ən aktual və praktik sənədi olacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax