Operativ Məlumat Mərkəzi

DİN və AQTA birgə əməliyyat keçirib, ölü at əti satan saxlanılıb

2 dəq
Paylaş:
DİN və AQTA birgə əməliyyat keçirib, ölü at əti satan saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti tədbiri həyata keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətindən məlumat verilib.

Tədbir zamanı rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.

Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndində həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb.

Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkar olunmuş ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax