Əsas məzmuna keç

DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib

DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib

Daxili İşlər Nazirliyi “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat...

Daxili İşlər Nazirliyi “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, iyunun 14-də müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında naryad qruplarının sayı artırılacaq, asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək.

Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq:

"Bütün məzunları bu gün münasibətilə təbrik .

Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər.

Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…