Əsas məzmuna keç

DİN: Polisə daşla xəsarət yetirənlər həbs edilib - YENİLƏNİB

DİN: Polisə daşla xəsarət yetirənlər həbs edilib - YENİLƏNİB

bu barədə DİN məlumat yayıb. O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis...

Dekabrın 2-də Qəbələ rayonu qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

O saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

***

Polis nəfəri ilə vətəndaş arasında olan insident araşdırılır.

Daxili İşlər Nazirliyinin xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, hadisə dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, Qəbələnin Vəndam qəsəbəsində polisin yeniyetməyə şiddət göstərdiyi anı əks etdirən görüntülər yayılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…