Operativ Məlumat Mərkəzi

DİN: Ötən gün itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfər tapılıb

1 dəq
Paylaş:
DİN: Ötən gün itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfər tapılıb

Daxil olmuş əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin 1995-ci il təvəllüdlü kişi aidiyyəti üzrə verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Həmçinin aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax