Operativ Məlumat Mərkəzi

DİN “28 May”dakı məhdudlaşdırma ilə bağlı açıqlama yayıb

2 dəq
Paylaş:
DİN “28 May”dakı məhdudlaşdırma ilə bağlı açıqlama yayıb

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar Bakı Şəhər Dövlət İdarəsi və Yerüstü Agentliyi tərəfindən birgə həyata keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kii, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və mühitini formalaşdırmaqdır", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax