Operativ Məlumat Mərkəzi

DİM uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayır

2 dəq
Paylaş:
DİM uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayır

"Uşaqlara ilk növbədə özlərini dərk edib, potensiallarını qiymətləndirməyi öyrətməliyik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib.

O bildirib ki, hər bir insan öz potensialını bilməlidir. Bunu dərk edəndən sonra müəyyən inkişaf trayektoriyasını cızmaq üçün lazımdır: "Müəllimlər bölüşməkdən başqa, onu necə əldə etməyin yollarını öyrətməlidirlər. Bilik bir okeandırsa, həmin okeanda üzməyi bacarmaq lazımdır. Bizdə bir atalar sözü var: Palaza bürün, el ilə sürün. Amma bu, hesab edirəm doğru deyil. Bəlkə insanın öz yolu var?!"

M.Abbaszadə qeyd edib ki, uşaqların potensialının çıxarılması üçün layihə hazırlayırlar: "Artıq 5000-dən çox uşaq verib. Biz indi testlərin əsasında təkmilləşdirmə aparıb proqram təminatı hazırlayırıq. Həmin proqramı məktəblərə vermək istəyirik ki, təxminən 7-ci sinifdən məktəblilər özlərini dərk edib, hansı sahədə potensialları olduğunu bilsinlər. Hazırda bu layihə ilə bağlı işçilərimiz müxtəlif rayonlarda testlər aparır və yekunda layihə Elm və Təhsil Nazirliyinə təqdim olunacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax