Operativ Məlumat Mərkəzi

DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

1 dəq
Paylaş:
DİM taksi sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək

Xüsusi hazırlıq keçmiş avtomobili sürücüləri, sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun şəxsləri üçün təşkil ediləcək imtahanlarda 1542 nəfər qeydiyyatdan keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, dekabrın 16-da keçiriləcək DİM-in elektron imtahanlar korpusunda və Gəncə Regional Bölməsində keçiriləcək.

İmtahan 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax