Operativ Məlumat Mərkəzi

DİM bəzi imtahanların başlama saatını dəyişib

2 dəq
Paylaş:
DİM bəzi imtahanların başlama saatını dəyişib

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız vasitəsilə keçiriləcək bu dövr üçün xarakterik olan isti ilə əlaqədar saat 10:00-da başlanacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

"İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də rejimi başa çatır və bundan sonra gələnlər binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax