Operativ Məlumat Mərkəzi

Daşkəsəndə çətin relyefli ərazidə əməliyyat keçirilib, 12 kq narkotik aşkarlanıb - VİDEO

1 dəq
Paylaş:
Daşkəsəndə çətin relyefli ərazidə əməliyyat keçirilib, 12 kq narkotik aşkarlanıb - VİDEO

maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub.

Faktla bağlı başlanılıb, Z.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax