Operativ Məlumat Mərkəzi

Daşkənddə “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib

2 dəq
Paylaş:
Daşkənddə “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib

Daşkənd şəhərindəki Abdulla Qadiri Xatirə muzeyində “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Özbəkistandakı adına Mərkəzindən məlumat verilib.

Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq bildirib ki, sərgidə Özbəkistanın tanınmış fotoqrafı Husniddin Atoyev Azərbaycanın işğaldan azad edilən ərazilərində unikal fotoşəkillər nümayiş olunur.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iki ölkə arasında olan tarixi dostluq əlaqələrindən danışıb, son illərdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Diplomat Ermənistanın tarixən Azərbaycan xalqına qarşı işğalçılıq siyasətindən danışıb, Qafqazla yanaşı, Mərkəzi Asiyada da erməni daşnaklarının həyata keçirdiyi qətliamlar barədə məlumat verib.

Özbəkistanın tanınmış fotooperatoru Husniddin Atoyev Azərbaycanın işğalından azad olunmuş bölgələrini ziyarət edərkən heyrətə gəldiyini və şoka düşdüyünü söyləyib. Ağdam, Füzuli və Şuşa rayonlarında olan fotosərginin müəllifi həmin ərazilərdə sanki güclü dağıdıcı zəlzələ baş verdiyini, Azərbaycan xalqının min illərlə yaratdığı şəhər və kəndlərin viran edildiyini vurğulayıb. O, gələcəkdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə Azərbaycana və Qarabağ mövzusuna dair çəkilmiş fotoşəkillərin əsasında yeni-yeni sərgilərin keçirilməsinin planlaşdırıldığını da qeyd edib.

Fotosərgi fevralın 27-dək davam edəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax