Operativ Məlumat Mərkəzi

Dağlıq ərazilərdə fevralın 21-dək yolların buz bağlayacağı proqnozlaşdırılır

2 dəq
Paylaş:
Dağlıq ərazilərdə fevralın 21-dək yolların buz bağlayacağı proqnozlaşdırılır

ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin katibi İradə İbrahimova bununla bağlı öz feysbuk səhifəsində paylaşım edib və sürücüləri ehtiyatlı olmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşımda dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraitinin müşahidə olunduğu bildirilib. Qeyd olunub ki, hazırda qar örtüyünün hündürlüyü , Qrızda 10 , Qusarda 9 santimetr, Xınalıqda 6 santimetr, Qubada 3 santimetr, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 santimetrdir.

Müşahidə olunan yağıntılı və şaxtalı ilə əlaqədar dağlıq rayonlarda, əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində yolların buz bağlaması istisna olunmur. Gecə və səhər saatlarında şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax