Əsas məzmuna keç

COP29 vaxtı Bakıda toyların keçirilməsi təxirə salınacaq? - RƏSMİ

COP29 vaxtı Bakıda toyların keçirilməsi təxirə salınacaq? - RƏSMİ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakıdakı bəzi şadlıq saraylarında...

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası () ilə əlaqədar Bakıdakı bəzi saraylarında toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

COP29 Şirkətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.

"Yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı şadlıq saraylarında toy mərasimlərinin keçirilməsinə dair məhdudiyyətin tətbiq edilməsi barədə aidiyyəti qurumlar tərəfindən hər hansı göstəriş verilməmişdir. İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad edən xəbərləri nəzərə almağa ", - COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…