Operativ Məlumat Mərkəzi

Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb

1 dəq
Paylaş:
Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb

Çinin Sian şəhərində “Mərkəzi Asiya-Çin” katibliyi açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-nə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumat yayıb.

Açılış mərasimində Qırğızıstanın Çindəki səfiri Aktilek Musayevanın da iştirak etdiyi vurğulanır.

Diplomat çıxışı zamanı Katibliyin Mərkəzi Asiya ilə Çin arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə olduğunu bildirib.

Qeyd edək ki, Katibliyin yaradılması barədə qərar 2023-cü il mayın 18-19-da keçirilmiş “Çin-Mərkəzi Asiya” sammitinin yekunlarına əsasən qəbul edilib. Çin, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və əməkdaşlığın inkişafı üzrə işləri əlaqələndirmək üçün Katibliyin yaradılmasının zəruriliyini qeyd edən Sian Bəyannaməsini imzalayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax