Operativ Məlumat Mərkəzi

Çin vətəndaşları il ərzində üç dəfə Azərbaycana vizasız səfər edə bilərlər

2 dəq
Paylaş:
Çin vətəndaşları il ərzində üç dəfə Azərbaycana vizasız səfər edə bilərlər

Çin vətəndaşları 2024-cü il iyulun 20-dən 2025-ci il iyulun 20-dək bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər edə .

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Məlumata görə hər səfərində Çin vətəndaşları Azərbaycanda 30 qala bilərlər.

Vizasız rejim 3 iyul 2024-cü il tarixində qəbul olunmuş “ Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”sinə uyğun həyata keçiriləcək.

Qeyd edilib ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax