Operativ Məlumat Mərkəzi

Çin “təmiz yanacaq” ilə işləyən gəmilərin istehsalını genişləndirir

2 dəq
Paylaş:
Çin “təmiz yanacaq” ilə işləyən gəmilərin istehsalını genişləndirir

Çin daha “təmiz yanacaq”la yeni nəsil gəmilərin istehsalı yolu ilə qlobal gəmiqayırma sahəsində liderliyini genişləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM"”ə istinadən xəbər verir ki, Çin 2025-ci ilə qədər üzrə gəmilərin yarıdan çoxunu inşa etmək niyyətindədir. Çin istehsallı bu təbii qaz (LNG) və “yaşıl metanol” daxil olmaqla, aşağı karbonlu yanacaqla işləyəcək.

Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında dünya üzrə gəmi istehsalının 50 %-dən çoxu Çinin payına düşüb. “Bloomberg”in məlumatına görə, LNG ilə işləyən gəmilər üçün sifarişlər keçən il ümumi sifarişlərin təxminən 40 %-nə çatıb.

Çin belə gəmilərin inşası ilə yanaşı, mayeləşdirilmiş ammonyak, hidrogen və hətta karbon qazı ilə işləyən yeni tipli gəmilərin tədqiqi və layihələndirilməsini sürətləndirməyi də planlaşdırır. “China State Shipbuilding” “AP Moller-Maersk” şirkəti üçün 1 milyard ABŞ dollarından çox dəyəri olan metanol ilə işləyən konteyner gəmilərinin inşasına dair müqavilələr imzalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax